Hoteldə 25 yaşlı oğlanın meyiti tapıldı

16:10 13.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda hoteldə meyit tapılıb.

Hafta.az xəbər verir ki, hadisə ötən gün paytaxtın Yasamal rayonunun Ə.Haqverdiyev küçəsində yerləşən “Jade” hotelində baş verib.

Şəhər sakini 2001-ci il təvəllüdlü İ.Kərimovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

Faktla bağlı araşdırma aparılır./apa/